Mərkəzi Bank noyabrın 29-da məzənnələri yeniləyib. Novator.az-ın məlumatına görə, ABŞ dollarının rəsmi kursu 1,7196 manatdan 1,7246 manata qaldırılıb. Bu, 2016-cı ilin ən yüksək qiymətidir.
Digər valyutaların rəsmi məzənnəsi belə müəyyən olunub:
1 avro – 1,8278 manat
1 gürcü larisi – 0,683 manat
1 ingilis funt sterlinqi – 2,1383 manat
1 Rusiya rublu – 0,0266 manat
1 türk lirəsi – 0,5046 manat.
22-ci aydır manat devalvasiyaya uğrayır. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilib. 21 dekabr 2015-ci ildən isə üzən məzənnə rejiminə keçilib və qiymət 1 manat 55 qəpiyə qalxıb.
2015-ci ilin yanvar ayında dolların orta məzənnəsi 0,7844 manat, ilin yekununda isə 1,0261 manat olub.
2016-cı ilin 9 ayının yekununda orta məzənnə 1,5663 manatdır. Yanvar ayında göstərici 1,5814 manat olub, sentyabrın yekununa 1,6347 manata qalxıb.
Bu il dolların ən aşağı qiyməti mayın 25-i və 26-da qeydə alınıb: 1 dollar 1,49 manata satılıb.