Novator.az xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev noyabrın 11-də Sooronbay Jeenbekovun baş nazirliyi ilə qurulan yeni Nazirlər Kabinetinin üzvlərini təyin edib.
Yeni hökumətin strukturunu və proqramını Qırğızıstan parlamenti noyabrın 9-da təsdiqləyib. Hökuməti Sosial Demokrat, Qırğızıstan və Bir Bol partiyalarının parlament fraksiyaları qurub.
Ölkə prezidenti əvvəlki hökuməti oktyabrın 26-da istefaya göndərib. Bu, 4 fraksiyadan formalaşan parlament koalisiyasının dağılması ilə bağlı olub.
Qırğızıstanda baş nazirin rəhbərlik etdiyi hökumət ali icraedici orqandır. Baş nazir postuna namizədi 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən fraksiya və ya koalisiya irəli sürür. Parlament hökumətin tərkibini və proqramını təsdiqlədikdən sonra prezident baş naziri və hökumət üzvlərini vəzifəyə təyin edir.