Mərkəzi Bank noyabrın 11-də ABŞ dollarını yenə bahalaşdırıb. Novator.az-ın məlumatına görə, dolların məzənnəsi 1,6782 manatdan 1,6869 manata qalxıb. Bu, 2016-cı ildə qeydə alınmış ən yuxarı rəsmi qiymətdir.
Avronun da kursunda artım var. Ötən gün 1,8336 manata təklif olunmuş avro indi 1,8397 manata satılır.
Rusiya rublu isə ucuzlaşıb. Mərkəzi Bank rublun kursunu 0,0264 manatdan 0,026 manata endirib.
Digər valyutaların rəsmi məzənnəsi belə müəyyən edilib:
1 gürcü larisi – 0,6802 manat
1 ingilis funt sterlinqi – 2,1191 manat
1 türk lirəsi – 0,5188 manat.