Saakaşvili: “Mübarizənin yeni mərhələsinə başlayıram” – XƏBƏR, VİDEO

514 0

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili istefa verdiyini bəyan edib.

Novator.az-ın məlumatına görə, noyabrın 7-də Mixail Saakaşvilinin Facebook səhifəsində bu barədə video yerləşdirilib. Qubernator bildirir ki, Ukrayna prezidenti Pyotr Poroşenko Odessada iki klanı müdafiə edir və bununla vilayəti təkcə korrupsionerlərə deyil, Ukraynanın düşmənlərinə də təslim edir: “Bu səbəbdən mən istefa verib, mübarizənin yeni mərhələsinə başlamaq qərarına gəlmişəm”.

Saakaşvili qeyd edib ki, Ukraynada hakimiyyət dəyişsə də, korrupsiya çiçəklənir, ölkəni əvvəl necə talan edirdilərsə, indi də elə talan edirlər. Qubernatorun fikrincə, bölgədə inkişaf yalnız o vaxt mümkün olacaq ki, bütövlükdə ölkə, o cümlədən Kiyev və Odessa banditizmi himayə edən korrupsionerlərdən azad olsun.

Saakaşvili əlavə edib ki, bütün bunlar onu boğaza yığıb və susmaq niyyətində deyil.

2004-2013-cü illərdə Gürcüstan prezident olmuş Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alıb və Odessa vilayətinin qubernatoru təyin edilib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id