Tank bölmələri döyüş vərdişini təkmilləşdirir

430 0

2016-cı il üçün hazırlıq planına əsasən Azərbaycanın Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id