Litvada oktyabrın 9-da keçirilmiş parlament seçkisinin ilkin rəsmi nəticələri bəlli olub. Novator.az-ın məlumatına görə, 70 deputatın seçildiyi proporsional sistem üzrə nəticələr belədir:
Xristian Demokratlar Partiyası – 20 mandat
Kəndlilər və Yaşıllar İttifaqı – 19 mandat
Sosial Demokrat Partiyası – 13 mandat
Liberallar Hərəkatı – 8 mandat
Litva Polyakları və Xristian Ailələri İttifaqı – 5 mandat
Qanun və Ədalət Partiyası – 5 mandat.
141 yerlik parlamentin 71 deputatı majoritar sistemlə seçilir. İlk turda yalnız 3 dairədə qalib müəyyənləşib. Oktyabrın 23-ü 68 dairədə ikinci tur keçiriləcək.