Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən məhsul alınıb.
8 ayda xarici ticarət dövriyyəsi 14 milyard 55,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 515,1 milyon dollar, idxalın dəyəri 5 milyard 540 milyon dollar təşkil edib, nəticədə 2 milyard 975,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 38,2 faizi Avropa İttifaqı ölkələri, 12 faizi MDB ölkələri, 49,8 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.