Prezident İlham Əliyev Havar Məmmədovu Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edib. Sərəncam sentyabrın 14-də imzalanıb.
Novator.az bildirir ki, Havar Əmir oğlu Məmmədov 1945-ci il oktyabrın 9-da İmişli rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 1968-ci ildən həmin institutda assistent vəzifəsində çalışıb, aspiranturada təhsilindən sonra baş müəllim, dosent olub.
Havar Məmmədov 1989-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin prorektoru vəzifəsində işləyib, 2000-ci ildən isə rektor vəzifəsini tuturdu. Elmlər doktoru, professordur.
2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2015-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb.