Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. “Report”un məlumatına görə, bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib.
C.Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Penitensiar Xidmətin əvvəlki rəisi Mədət Quliyev olub. M.Quliyev dövlət başçısının ötən il oktyabrın 20-də imzaladığı sərəncamla milli təhlükəsizlik nazirinin birinci müavini, prezidentin dekabrın 14-də imzaladığı sərəncamla isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.