Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi postuna qayıtdı
İyunun 6-da Ermənistan prezidenti Serj Sərkisyan Armen Gevorkyanı yenidən Milli Təhlükəsizlik Şurasının katibi təyin edib. Armen Gevorkyan 2007-2008-ci illərdə həmin vəzifədə çalışıb.
Novator.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının katibi postu Artur Bağdasaryan vəzifədən getdiyi vaxtdan – 2014-cü ilin aprelindən boş idi.
43 yaşlı Armen Gevorkyan Sankt-Peterburq Dövlət Xidməti İnstitutunu, Rusiya Pedaqoji Universitetinin aspiranturasını, Tvente Universitetinin (Niderland) magistraturasını bitirib.
1997-ci ildən Ermənistanın dövlət idarəçiliyi sistemində işləyib. Baş nazirin köməkçisi, prezidentin birinci köməkçisi, Prezident Administrasiyasının rəhbəri olub. 2014-cü ildə ərazi idarəçiliyi naziri və baş nazirin müavini vəzifəsindən istefa verib, bir müddət xeyriyyə fondunda çalışıb, sonra Harvard Universitetində təhsil alıb.