Azərbaycanda sursat və mərmilərin əlavə ehtiyatı yaradılır (FOTO, VİDEO)

856 0

Azərbaycanda sursat və mərmilərin əlavə ehtiyatı yaradılır. Bununla bağlı mayın 4-də Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

Ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.
Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir”.

Xatırladaq ki, Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib. Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılığına gəlinib.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id