Müdafiə Nazirliyində hərbi attaşelərin iştirakı ilə toplantı keçirilib
Aprelin 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə toplantı keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən toplantıda sözügedən idarənin rəisi general-mayor Hüseyn Mahmudov iştirak edib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulması səbəbləri, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri, erməni silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan mütəmadi olaraq cəbhə xətti boyu yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması barədə hərbi attaşelərə obyektiv məlumatlar təqdim edilib.
Bundan əlavə, hərbi attaşelər mülki əhalinin yaşayış binalarının, nəqliyyat vasitələrinin və sahəyanı ərazilərinin intensiv artilleriya silahlarından atəş altında saxlanması, bunun nəticəsi olaraq düşmənin təxribatçı hərəkətlərinin qarşının alınması barədə məlumatlandırılıblar.
Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb.