Belarusda əsgərlərə smartfon və planşetlərdən istifadə etmək qadağan edilib
Belarus ordusunun əsgərlərinə smartfon telefonlardan və planşetlərdən istifadə etmək qadağan olunub. Novator.az xəbər verir ki, bunu aprelin 4-də Belarusun müdafiə naziri Andrey Ravkov açıqlayıb.
Ravkov bildirib ki, qadağa informasiya təhlükəsizliyi ilə bağlıdır. Müdafiə naziri vurğulayıb ki, müasir qurğularda məlumatın sızması, yəni lazım olmayan yerə ötürülməsi təhlükəsi var. Ona görə də nazir əsgərlərə yalnız sadə telefondan istifadə etməyə icazə verildiyini söyləyib.