20 milyonluq manat, 12 milyonluq dollar istiqrazı satılıb
Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışı ilə bağlı rəsmi məlumat yayıb. Qeyd olunur ki, fevralın 5-i manat və ABŞ dollarında olan dövlət istiqrazları “Bakı Fond Birjası” QSC-də hərraca çıxarılıb: “Ümumi həcmi 12 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq...
Manatın kursu qalxıb
Fevralın 8-də Mərkəzi Bank manatın dollara məzənnəsində dəyişiklik edib. 100 ABŞ dolları ötən həftənin son iş günü ilə müqayisədə ucuzlaşıb, 158 manat 53 qəpikdən 158 manat 19 qəpiyə düşüb. Transparency.az xəbər verir ki, avronun kursu da fevralın 5-i ilə müqayisədə enib. 100 avro 176 manat 10 qəpiy...
Palatadan nə gözləmək olar?
Dövlət başçısının 3 fevral fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Fərmana görə, bir ay ərzində palatanın nizamnaməsi təsdiq ediləcək və uzağı Novruz bayramına qədər qurum fəaliyyətə başlayacaq. Yeni qurum Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında yaradılır, ona Maliyyə...
Rəsul Cəfərovun şikayətinə baxılacaq
Fevralın 16-da Ali Məhkəmədə hazırda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayətinə baxılacaq. İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. 2015-ci il aprelin 16-da o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma, və...
İbrahim Fərhadlıya dəstək aksiyası
Türkiyədə təhsil alan azərbaycanlı gənc İbrahim Fərhadlı xərçəng xəstəliyinə tutulub, onun müalicəsi üçün 150-200 min dollar tələb olunur. Tələbə gənclər İbrahimə dəstək üçün xeyriyyə marafonu keçirmək və pul toplamaq qərarına gəliblər. Xeyriyyə marafonu Azərbaycanda və Türkiyədə keçiriləcək. Fevral...
Bədbəxt iqtisadiyyatlar reytinqi
Bloomberg.com 2016-cı il üzrə bədbəxt iqtisadiyyatlar reytinqi tərtib edib. Reytinq işsizlik və inflyasiya göstəricilərinə əsaslanır. 63 ölkəni əhatə edən reytinq cədvəlinə görə, bu il iqtisadi cəhətdən ən bədbəxt ölkə Venesueladır. 2016-cı ildə bu ölkədə işsizliyin 7,7%, inflyasiyanın 152% olacağı ...
İşsizlər izdihamı
Fevralın 5-də Gəncədə əmək yarmarkasının keçirilməsi haqda elan veriləndən sonra YAP-ın Gəncə şəhər təşkilatının önünə çoxlu adam toplaşıb. Onların əksəriyyəti içəri daxil ola bilməyib. “Azadlıq” radiosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, yarmarka ...
Əmanətlərin böyük qismi xarici valyutadadır
Fevralın 5-də Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin əmanətlərinin strukturunu açıqlayıb. Transparency.az xəbər verir ki, 2016-cı ilin ilk gününə əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti olub. Bunun 1 milyard 420,2 milyonu milli valyuta ilə əmanətlərin, 8 milyard 53,7 milyonu xaric...
Rusiyanın xarici ticarət dövriyyəsi 33,2% azalıb
Rusiyanın Federal Gömrük Xidməti 2015-ci il üzrə xarici ticarət göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, açıqlamada xarici ticarət əməliyyatlarının həcminin 2014-cü illə müqayisədə 33,2% azalaraq 530,4 milyard dollara düşdüyü bildirilir. Rəsmi hesabatda qeyd olunur ki, xarici ticarə...
Venesuela: siyasi məhbus çəkişməsi gərginləşir
Venesuela parlamenti siyasi məhbus sayılan şəxslərin azadlığa çıxmasına imkan verən amnistiya haqda qanunu ilk oxunuşda qəbul edib. 2013-cü ilin aprelindən Venesuelanın prezidenti Nikolas Madurodur. 2015-ci ilin dekabrında isə Venesuelada keçirilmiş parlament seçkisi müxalifətin qələbəsi ilə başa ça...
Seymur Həzi bəraət tələb edir
Jurnalist və siyasətçi Seymur Həzinin işinə yaxın vaxtlarda Ali Məhkəmədə baxılacaq. Seymur Həzi “Azadlıq” qəzetinin əməkdaşı, AXCP-nin öncül şəxslərindəndir. O, 2014-cü il avqustun 29-da tutulub. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan Seymur Həzi Abşeron Rayon Məhkəməsinin hö...
Murad Ədilovun işindən kassasiya şikayəti verilib
AXCP-dən olan məhbus Murad Ədilov barədə Sirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verilib. Bunu “Azadlıq” qəzetinə Murad Ədilovun vəkili Yalçın İmanov deyib. Murad Ədilov 2014-cü il avqustun 11-də həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 6 il müddətinə azadlıq...
İsa Qəmbərin rəhbərlik etdiyi təşkilat böhrandan çıxış layihəsi hazırlayıb
Milli Strateji Düşüncə Mərkəzi (MSDM) “Böhrandan imkana yol xəritəsi” adlı layihə hazırlayıb. “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, MSDM-in bu haqda müraciətində deyilir ki, dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya, səriştəsizlik və bərbad idarəçiliyin girovuna ...
Mərkəzi Bank dolları ucuzlaşdırıb
Azərbaycan Mərkəzi Bankının 5 fevral məzənnəsinə görə, 100 ABŞ dolları ötən günlə müqayisədə 5 qəpik ucuzlaşıb və 158 manat 53 qəpiyə təklif olunur. Transparency.az xəbər verir ki, 100 avro fevralın 4-ü ilə müqayisədə bahalaşıb, 175 manata 82 qəpikdən 177 manat 49 qəpiyə qalxıb. 100 Rusiya rublunun ...
Dərman vasitələri ilə bağlı yeni qərar verildi, İrandan isə təklif gəldi
Tarif (qiymət) Şurasının 4 fevral iclasında 600-dən çox dərman vasitəsinin qiyməti müəyyən edilib. Rəsmi məlumatda bildirilir ki, ümumilikdə indiyədək 5651 dərman vasitəsinin (Siyahı) topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiqlənib: “3711 dərman vasitəsi yeni qiymətlərlə satışd...
İlham Əliyev London konfransında çıxış edib
Prezident İlham Əliyev fevralın 4-ü Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında çıxış edib. “Təhsil” mövzulu sessiyada danışan İlham Əliyev Azərbaycanın Suriya qaçqınlarının halına çox acıdığını deyib: “Müstəqillik illərində — 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana q...
Protez-Ortopedik Bərpa Mərkəzində
Bakıdakı Protez-Ortopedik Bərpa Mərkəzi (Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 3) əlillərə xidmət göstərir. Müasir texnologiya əsasında protez-ortopedik məhsulların, reabilitasiya məmulatlarının istehsalı, diaqnostika və stasionar müalicəsi ilə məşğul olan müəssisə istehsalat sahəsindən və stasio...
Avropa Məhkəməsi Hilal Məmmədova görə Azərbaycan dövlətini cərimələdi
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb. “Azadlıq” radiosunun məlumatına görə, məhkəmə H.Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi) ilə zəmanət verilmiş hüqu...
Həbsdə olan hüquq müdafiəçisi mükafata layiq görülüb
Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev Avropa Vəkillər Birliyinin (CCBE) ali insan haqları mükafatına layiq görülüb. Fevralın 4-də birliyin daimi komitəsinin Vyanada keçirilən 124-cü fövqəladə plenumunda mükafat İntiqam Əliyevin oğlu Nəcmin Kamilə təqdim olunub. Təqdimat mərasimində Nəcmin Kam...
Ümid partiyasında yeni sədr müavinləri
Ümid Partiyasının sədri İqbal Ağazadə fevralın 4-də üç gənci özünə müavin təyin edib. Novator.az xəbər verir ki, partiya sədri Xanlar Abbasovu gənclərlə iş üzrə, Qədir Aslanovu insan hüquqları və əsas azadlıqların qorunması üzrə, İsmayıl Mirzəcanovu isə inzibati ərazi və bələdiyyə məsələləri üzrə sə...