Azərbaycan Mərkəzi Bankı iqtisadiyyata kredit qoyuluşları ilə bağlı statistika açıqlayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, 2015-ci ildə banklar iqtisadiyyata 21 milyard 718 milyon manat krediti ayırıb.
Bunun 7 milyard 289 milyon manatı (33,6 faizi) dövlət banklarının payına düşür.
Özəl bankların iqtisadiyyata ayırdığı kredit 13 milyard 862 milyon manatdır (63,8 faiz).
Qeyri-bank kredit təşkilatları 2015-ci ildə iqtisadiyyata 566 milyon manat ayırıb, bu da ümumilikdə kredit qoyuluşlarının 2,6 faizi edir.
2014-cü ildə bankların iqtisadiyyata qoyduğu sərmayənin həcmi 18 milyard 542 milyon olub.