Moldova: əksəriyyət prezidenti xalqın seçməsini istəyir
Moldovalıların əksəri prezidentin ümumxalq səsverməsi yoluyla seçilməsi üsulunun qaytarılmasını istəyir. Novator.az xəbər verir ki, ölkənin Sosioloqlar və Demoqraflar Assosiasiyasının apardığı araşdırmaların nəticəsi bunu deməyə əsas verir.
Noyabrın 23-də açıqlanan nəticələrə görə, prezidentin ümumxalq səsverməsi yoluyla seçilməsini əhalinin 82,7 faizi dəstəkləyir.
Hazırda Moldovada prezidenti parlament seçir. 2015-ci ilin sentyabrından ölkənin paytaxtı Kişinyovda etiraz aksiyaları keçirilir. Etirazçıların əsas tələbi baş nazirin istefaya getməsi, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi, korrupsiya faktlarının araşdırılmasıdır.