İlham Əliyev Hərbi-Hava Qüvvələrinin hərbi şəhərciyində olub
Noyabrın 11-də prezident, ali baş komandan İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.
Prezidentə məlumat verilib ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi tikilib. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb.
Dövlət başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub, əsgər yataqxanasına baş çəkib.
Prezident İlham Əliyevə texnika parkı haqqında da məlumat verilib.
Sonra ali baş komandan hərbi hissənin raket anbarına baxıb. Dövlət başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.
Dövlət başçısı Ermənistana məxsus, bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.
Ali baş komandan təlim-məşq kompleksi ilə tanış olub, raketlərin start mövqeyində atıcı qurğulara baxış keçirib.
Xəbəri AZƏRTAC yayıb.