Aşura günü – oktyabrın 24-də ölkənin müxtəlif məscid və ziyarətgahlarında, ümumilikdə 14 yerdə qanvermə aksiyası keçiriləcək.
Novator.az Qafqaz Müsəlmanları İdarəsinə istinadla bildirir ki, qanvermə aksiyaları bu məscid və ziyarətgahlarda olacaq:
- Yasamal rayonu Təzəpir məscidi;
- Yasamal rayonu Hacı Soltanəli məscidi;
- Səbail rayonu Bibi-Heybət məscidi;
- Səbail rayonu İçərişəhər Cümə məscidi;
- Suraxanı rayonu Qaraçuxur məscidi;
- Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;
- Nizami rayonu Keşlə qəsəbə məscidi;
- Sumqayıt şəhər “Cümə” məscidi;
- Gəncə şəhər “İmamzadə” məscidi;
- Mingəçevir şəhər “Heydər” məscidi;
- Şəki şəhər “Cümə” məscidi;
- Lənkəran şəhəri Böyükbazar məscidi;
- Bərdə şəhər “Cümə” məscidi;
- Nəsimi rayonu Əjdərbəy məscidi.
Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, oktyabrın 23-də, yəni Tasua günündən başlayacaq.