Ermənilərin daha bir pilotsuz uçan aparatı məhv edildi
Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat məhv edilib. Novator.az bildirir ki, bununla bağlı sentyabrın 15-də Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ilkin ehtimala görə, bu, “Krunk-25” tipli taktiki pilotsuz uçan aparatdır.
Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri “Krunk-25”i aşkarlayaraq atəş açıb və ermənilərin pilotsuz uçan aparatı məhv edilib.