Sərxoş kişi “emosional” robot Pepperi vurub. Novator.az xəbər verir ki, hadisə Yaponiyada, “Softnet” şirkətinin ofisində baş verib. Kişi hirsini robot Pepperin üstünə töküb. Pepperin hansısa kəlməsi içkili kişini əsəbləşdirib və o, robota zərbə endirib. Zərbədən Pepperin sistemləri xarab olub.
Pepper ilk “emosional” robotdur. Onun əsas işi insana dəstək olmaq, onu sakitləşdirmək və əyləndirməkdir. Robotu hazırlayanlar deyirlər ki, Pepper insanı əsəbləşdirə bilməz, çünki onun əsas işi insanın əhval-ruhiyyəsini qaldırmaqdır.