Amerika Bankirlər Assosiasiyası ölkə əhalisi arasında mobil telefonun bank sistemində rolu ilə bağlı sorğu keçirib. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, ABŞ əhalisinin beşdə ikisi (39%-i) bankdakı hesaba nəzarət etmək üçün heç olmasa ayda bir dəfə mobil telefondan istifadə edir.
Assosiasiyanın keçirdiyi sorğunun nəticələri Federal Ehtiyat Palatasının bu yaxınlarda verdiyi hesabatı təsdiqləyir. Palata 2015-ci ilin mart ayında bildirmişdi ki, smartfon sahiblərinin 52%-i son 12 ayda mobil telefon vasitəsilə öz hesablarının balansını ayda an azı bir dəfə yoxlayırlar.