“McAfee” antivirus proqramını hazırlayan şirkətin yaradıcısı Con Makafi ABŞ-da prezident seçkisinə qatılmaq niyyətindədir.
Novator.az xəbər verir ki “Cyber” adlı partiya yaratmış Makafi tanıdığı, görüşdüyü hər adamdan dəstək aldığı üçün prezidentliyə namizədliyini vermək qərarına gəldiyini bildirib.
Makafinin sözlərinə görə, hazırda ABŞ hökuməti fəal deyil və mobil telefonların köməyilə adamları izləməklə yalnız təhlükəsizlik illüziyası yaradır.
ABŞ-da prezident seçkisi 2016-cı ilin noyabrında olacaq.