“Adult Player” kompromat xarakterli şəkil çəkirmiş
“Zscaler” şirkətinin ekspertləri kiber cinayətkarların yeni pul qoparmaq üsulunu üzə çıxarıblar.
Novator.az xəbər verir ki, söhbət “Google Play”dən asanlıqla əldə olunan “Adult Player” əlavəsindən gedir. “Adult Player” qurğu sahibinin pornoqrafiyaya baxarkən şəklini çəkirmiş. Sonra isə kiber cinayətkarlar bu kompromat xarakterli şəkli məhv etmək üçün qurğu sahibindən 500 dollar məbləğində pul tələb edirmiş.